Xəbərlər

Türkiyə ilə İran arasında 10 müqavilə imzalanıb

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyədə rəsmi səfərdə olan İran prezidenti İbrahim Rəisi arasında görüş olub.

“Füyuzat”ın məlumatına görə, liderlərin görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısı keçirilib.

Toplantıda Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması vəs. kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

İmzalanan sazişlər aşağıdakılardır:

  • Türkiyə Elektrik Transmissiya A.Ş. (TEİAŞ) və İran Şəbəkə İdarəetmə Şirkəti (IGMC) arasında Əməliyyat Sazişi;
  • Türkiyə Respublikasının Ticarət Nazirliyi və İran İslam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurası arasında Azad Zonalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
  • Türkiyə Respublikası Rəyasət Heyətinin Kommunikasiyalar İdarəsi ilə İran İslam Respublikası Rəyasət Heyətinin Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  • Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyi arasında Dəmir Yolu Nəqliyyatı üzrə Çərçivə Sazişi;
  • Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İranın Elm və Texnologiyadan Məsul Prezident Nümayəndəliyi arasında elm, sənaye və texnoloji əməkdaşlığa dair Anlaşma Memorandumu;
  • 2025-ci il Qarşılıqlı Mədəniyyət İli ilə bağlı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında əməkdaşlıq niyyəti haqqında Bəyannamə;
  • Türkiyə Respublikasının Polis Akademiyası ilə İran İslam Respublikasının Əmin Polis Universiteti arasında Anlaşma Memorandumu;
  • Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsinə dair Anlaşma Memorandumu;
  • Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Silahlı Uçuş Təhlükəsizliyi Təyinatı üzrə Anlaşma Memorandumu;
  • Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu.