Xəbərlər

Türkiyə ordusu 4 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında “Fırat Kalkanı” bölgəsində aşkarlanan 3 PKK/YPG terrorçusu, İraqın şimalında Hakurk bölgəsində isə 1 PKK terrorçusu zərərsizləşdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçuları xəyalları ilə qazdıqları səngərlərdə basdırmağa davam edirik!” – Türkiyə Milli Müdafiə Nazirliyi əlavə edib.