“Rusiya və ABŞ nümayəndələrinin fevralın 27-də İstanbulda görüş keçirməsi nəzərdə tutulub”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli TASS-a bildirib.
“Sabah İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında texniki görüş olacaq. Dəfələrlə qeyd etdiyimiz kimi, Türkiyə gələcək danışıqların təşkili də daxil olmaqla, sülh səylərinə hər cür dəstəyi verməyə hazırdır”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov rus və amerikalı diplomatların fevralın 27-də İstanbulda görüşərək iki ölkə səfirliklərinin işi ilə bağlı problemləri müzakirə edəcəklərini açıqlamışdı.