Xəbərlər

Türkiyə və Suriya ticarətlə bağlı bəzi məsələləri müzakirə edəcək

“Türkiyə və Suriya ticarət əməkdaşlığı və gömrük əməliyyatları ilə bağlı məsələləri müzakirə edərək azad ticarət sazişinin yenilənməsi imkanlarını araşdırmaq barədə razılığa gəlib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyinin bəyanatında bildirilib.

“Tərəflər iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün 2011-ci ildə ləğv edilmiş azad ticarət sazişinin yenilənməsi məqsədilə danışıqlara başlamaq barədə razılığa gəlib”, – məlumatda qeyd olunub.