Xəbərlər

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Rəfaha hücumlarına münasibət bildirib

“Qəzza sektorunda indiyədək həyata keçirdiyi dağıntı və qırğınlardan sonra İsrailin Rəfah şəhərinin cənubuna artan hücumları bizi çox narahat edir. Biz bu əməliyyatı Qəzza əhalisini öz torpaqlarından qovmaq planının bir hissəsi hesab edirik”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin Rafah şəhərinə hücumları ilə bağlı yazılı bəyanatında bildirib.

“Davam edən hücumlar Qəzzadakı humanitar faciəni daha da şiddətləndirəcək və regionda davamlı atəşkəsə nail olmaq cəhdlərini sarsıdacaq”, – bəyanatda qeyd edilib.

Nazirlik həmçinin beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını İsrailin dayandırılması üçün lazımi addımlar atmağa çağırıb.