“Rusiya və ABŞ yaxınlaşmasından sonra Avropa ölkələri təhlükəsizlik böhranı ilə üzləşib”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Avropa əsasən ABŞ-la dialoq və müttəfiqlik yaratdı. Onun hərbi planları belə inkişaf etdi. Amerika bu əlaqələrə sadiq olmadı. Sonra Avropanın səfərbər etdiyi bütün siyasi və hərbi imkanlar uçuruma düşdü”, – o, çərşənbə günü Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.