Xəbərlər

Türkiyə XİN: PKK tərəfdarları silahı yerə qoysa, bütün bölgə bundan faydalanacaq

“PKK terrorçuları liderləri Abdullah Öcalanın çağırışına əməl edib silahlarını yerə qoysalar, bütün Yaxın Şərq və onun xalqları bundan faydalanacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hakan Fidan mətbuata müsahibəsində deyib.

“Ümid edirik ki, PKK Öcalanın bu çağırışına qulaq asacaq və ona əməl edəcək. Bu, həqiqətən də kürdlərin özlərinə və Yaxın Şərqdə yaşayan bütün xalqlara fayda verəcək. Mənim fikrimcə, kürdlərin yaşadığı bütün region ölkələrin silaha sarılmadığı müddətcə onlara qarşı münasibəti neytraldır. Əgər bu baş verərsə, yəni silahı yerə qoysalar, bütün dövlətlərin onlarla fərqli münasibət qurmasına şərait yaradacaq”, – nazir qeyd edib.