Xəbərlər

Türkiyədə 4 saat arayla 2 zəlzələ baş verib

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4 saat fərqlə 3,9 bal gücündə iki ayrı zəlzələ baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Verilən məlumata görə, birinci yeraltı təkanlar 11 kilometr dərinlikdə, ikincisi isə 6 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, ətraf rayonlarda da hiss olunan zəlzələlərin heç bir mənfi təsiri olmayıb.