Türkiyənin Bolu şəhərində yerləşən Kartalkaya Kayak Mərkəzinin otelində yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, yanğın 12 mərtəbəli oteldə naməlum səbəbdən baş verib. Alov qısa müddətdə bütün otelə yayılıb.
Bölgəyə çoxlu xilasetmə briqadaları, sağlamlıq qrupları və helikopterlər göndərilib.