Xəbərlər

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Kayseri şəhərində təlim təyyarəsi qəzaya uğrayıb, nəticədə 2 pilot həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hava Qüvvələri Komandanlığımıza məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəza törədib. Axtarış-xilasetmə əməliyyatlarına start verilib. Qəza nəticəsində pilotlar, polkovnik Uğur Yıldız və polkovnik Gökhan Özen şəhid olub”, – məlumatda qeyd edilib.