Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Haaqada hollandiyalı həmkarı Ruben Brekelmans ilə ikitərəfli görüşlər keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşım edilib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Zirvəsi proqramında müşayiət edən milli müdafiə naziri Yaşar Gülər Hollandiyanın müdafiə naziri Ruben Brekelmans ilə ikitərəfli görüş keçirib”, – paylaşımda bildirilib.
Məlumata görə, görüşün yekununda hər iki nazir tərəfindən Niyyət Bəyannaməsi imzalanıb. Təfərrüatlar açıqlanmayıb.