Xəbərlər

TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib

Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TÜRKPA Şurasının Bakıda keçirilən 13-cü iclasında qərar qəbul edilib.

Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi azərbaycanlı həmkarı Sahibə Qafarovaya təhvil verib.