Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqını (Aİ) ABŞ-ın Aİ mallarına tətbiq etdiyi tariflərə adekvat cavab verməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazir “X” hesabında bildirib.
“Dostluq tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq real və həqiqi qarşılıqlı vəzifələr deməkdir. Bizə adekvat həll yolları lazımdır”, – o qeyd edib.
Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp Aİ-dən gələn mallara 20%-lik gömrük rüsumunun tətbiqi ilə bağlı qərarını açıqlayıb.