“Avropa ölkələri müdafiə xərclərini artırmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk Avropa Parlamentində keçirilən Avropa İttifaqı (Aİ) Şurasına Polşanın dövri sədrliyinin prioritetlərinin təqdim edilməsi ilə bağlı iclasda deyib.
“Avropa münaqişələrdən sağ-salamat çıxmaq istəyirsə, mütləq silahlanmalıdır. Aİ dövlətləri ABŞ prezidenti Donald Trampın müdafiə xərclərini 5%-ə qədər artırmaq tələbini müsbət çağırış kimi qəbul etməlidir. Əksinə bəzi insanlar hesab edir ki, öz təhlükəsizliyinə ÜDM-in 5%-ni xərcləmək artıq xərcdir”, – Tusk əlavə edib.