Xəbərlər

Uitaker: ABŞ Ukraynaya yardımı davam etdirib-etməyəcəyinə hələlik qərar verməyib

“ABŞ hələ ki Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı qərar qəbul etməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Birləşmiş Ştatlar danışıqlara sadiqdir. Əlavə dəstəklə bağlı heç bir qərar qəbul edilməyib. NATO ərazisinin təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu müdafiə xərcləri planlarını yerinə yetirməkdir”, – nümayəndə əlavə edib.