“Ukrayna ABŞ ilə qalıq yanacaq müqaviləsi üzrə danışıqlar aparmaq üçün hüquqşünaslar, investisiya, maliyyə məsləhətçiləri, həmçinin dörd nazirliyin nümayəndələrinin daxil olacağı bir komanda cəlb edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko “Associated Press” (AP) agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, sazişin parametrləri üzrə ABŞ-la dialoqu davam etdirmək üçün hüquq, investisiya və maliyyə məsləhətçilərinin seçilməsi ikitərəfli münasibətlərdə dəyişikliklərdən xəbər verir.
“Bu, Birləşmiş Ştatlarla münasibətlərdə bir çox sahələrdə təcrübə tələb edən yeni mərhələnin başlanğıcını göstərir”, – Svırıdenko vurğulayıb.