Xəbərlər

Ukrayna Belqorodu vurdu

Ukrayna hərbçiləri Belqorod vilayətinin Şebekino şəhərinə hücum edib, üç yerli sakin yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

“Şebekino şəhəri Ukrayna silahlı qüvvələrinin hücumuna məruz qalıb. İlkin məlumata görə, üç mülki şəxs yaralanıb. Təcili yardım briqadası çoxsaylı qəlpələrlə qol və ayaq yaraları və döş qəfəsi yarası almış bir şəxsi şəhərin 2 saylı xəstəxanasına aparır. Belqorod ekipajları müxtəlif qəlpə yaraları olan iki qadını regional klinik xəstəxanaya aparırlar”, – Qladkov qeyd edib.

Onun sözlərinə görə, hücum nəticəsində elektrik xətləri zədələnib. Şebekinoda, eləcə də Nejegöl və Rjevka kəndlərinin işıqlandırılması qismən kəsilib. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.