Xəbərlər

Ukrayna ordusu Donetski vurub

“Ukrayna silahlı qüvvələri son 24 saat ərzində “Donetsk Xalq Respublikasının (DXR)” yaşayış məntəqələrini altı dəfə atəşə tutub, iki mülki şəxs yaralanıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat verib.

“Son 24 saat ərzində DXR missiyası tərəfindən Ukrayna silahlı birləşmələrinin silahlı hücumları ilə bağlı 6 fakt qeydə alınıb. 2019-cu il təvəllüdlü uşaq da daxil olmaqla iki yaralı mülki şəxs barədə məlumat daxil olub”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna tərəfi ümumilikdə müxtəlif sursatlardan 21 mərmi atıb.