Xəbərlər

Ukrayna SQ: Lazer silahlarına malikik

“Ukraynada 2 kilometrdən çox hündürlükdə hava hədəflərini vura bilən “Trizub” adlı lazer silahı var”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski deyib.

“Deyə bilərik ki, Ukrayna, səhv etmirəmsə, dünyada lazer silahına malik beşinci ölkəyə çevrilib. Hazırda biz artıq onun köməyi ilə 2 kilometrdən çox hündürlükdə təyyarələri vura bilirik”, – “İnterfaks-Ukrayna” Suxarevskidən sitat gətirib.

Polkovnik qeyd edib ki, Pilotsuz Sistemlər Qüvvələri bu silahların imkanlarını genişləndirmək və artırmaq üçün çalışır.