Mineral ehtiyatlar üzrə Ukrayna-Amerika sazişi üzrə memorandum imzalanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko bildirib.
“Bu gün biz ABŞ-la iqtisadi tərəfdaşlığa dair birgə sazişə doğru addım atdıq. Ukrayna və ABŞ komandaları hər iki xalq üçün faydalı olacaq saziş bağlamaq niyyətini təsdiq edən memorandum imzaladılar”, – o qeyd edib.