Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı ilə Dövlət Departamenti və Konqresdə vacib görüşlər keçirmək üçün Vaşinqtona səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edək ki, noyabrın 6-da Respublikaçıların Amerika seçkilərindəki qələbəsindən sonra Tramp və Zelenski arasında telefon danışığı olub.