Xəbərlər

Ultrasəslə zehin oxumaq texnologiyası hazırlanır

OpenAI tərəfindən dəstəklənən bir şirkət insanların düşüncələrini ultrasəs texnologiyası vasitəsilə oxumağı hədəfləyən yeni layihə üzərində çalışır. Layihə beyin implantlarından fərqli olaraq, beyinə elektrod yerləşdirmədən zehni siqnalları analiz etməyi və psixi xəstəliklərin müalicəsində istifadə olunmağı nəzərdə tutur.

“Füyuzat” xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb.

Mütəxəssislərin fikrincə, bu texnologiya Elon Maskın “Neuralink” beyin çipi layihəsinə alternativ ola bilər. Lakin alimlər bildirir ki, ultrasəs vasitəsilə beyin fəaliyyətini oxuma texnologiyası hələ ilkin inkişaf mərhələsindədir və geniş istifadə üçün əlavə araşdırmalara ehtiyac var.

Araşdırmalar göstərir ki, yüksək tezlikli səs dalğaları beynin fəaliyyətini izləməyə imkan verir. Bu texnologiya gələcəkdə danışıq pozuntularının və müxtəlif nevroloji xəstəliklərin müalicəsində tətbiq edilə bilər. Eyni zamanda, tədqiqatçılar hələ də onun effektivliyi və təhlükəsizliyi ilə bağlı bir sıra cavabsız sualların olduğunu vurğulayırlar.