Azərbaycan nümayəndə heyəti UNESCO-nun Baş qərargahında keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında iştirak edib.
“Füyuzat” xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin “X” sosial media hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, sessiya daimi nümayəndəlik, Azərbaycanın Mədəniyyət Nazirliyi və UNESCO-nun müvafiq bölməsi tərəfindən təşkil olunub.
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun da qatıldığı sessiyada cari ilin 27–29 oktyabr tarixlərində Bakıda keçiriləcək növbəti foruma görülən hazırlıq işləri təqdim edilib.



