Xəbərlər

UNRWA Qəzza sakinlərinə humanitar yardımı artırmağa çağırıb

“Qəzza zolağında humanitar proqramların sayının artmasına baxmayaraq, sığınacaqların olmaması və çətin hava şəraiti səbəbindən anklavın bir çox sakinlərinin vəziyyəti son dərəcə ağır olaraq qalır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə İşlər Agentliyi (UNRWA) məlumat yayıb.

“Sərt qış şəraiti, dağıdılmış evlər, həddindən artıq dolu sığınacaqlar insanların həyat şəraitini daha da ağırlaşdırır. Humanitar yardım Fələstin anklavının əhalisinin böyük ehtiyaclarını ödəmək üçün genişləndirilməlidir”, – məlumatda bildirilib.