Xəbərlər

UNRWA: Qəzza yaşayış üçün yararsız bir səhraya çevrilib

“Qəzza zolağı yaşamaq üçün yararsız bir səhraya çevrilib”.

“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Berlində keçirdiyi mətbuat konfransında deyib.

“Qəzza indi demək olar ki, yaşanması mümkün olmayan səhraya çevrilib. Biz aclıq və ya kəskin qidalanmanın təəssüf ki, yenidən ehtimal olunduğu riskli bir vəziyyətə giririk”, – Lazzarini qeyd edib.