“Döyüşlər zamanı anklavdakı məktəblərin 88%-i zədələndiyi üçün Qəzza zolağında 660 minə yaxın uşaq təhsil almaq imkanından məhrumdur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Həmçinin qeyd edilib ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsi başlayandan bu günə 14,5 mindən çox uşaq ölüb.