Xəbərlər

Uolts: ABŞ başa düşür ki, Rusiya və Ukraynanın həll üçün öz tələbləri olacaq

“Birləşmiş Ştatlar Rusiya və Ukraynanın münaqişənin həlli sahəsində öz tələblərinin olacağını qəbul edir, buna görə də razılığın əldə olunmasına ehtiyatla yanaşır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts mətbuata müsahibəsində bildirib.

“Biz nikbinik. Siz ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə olduğumuz Oval kabinetdən sonra ukraynalıların Ciddəyə necə gəldiyini gördünüz və siz Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bu gün baş tutan mətbuat konfransını da müşahidə etdiniz. Təbii ki, hər iki tərəfin öz tələbləri olacaq”, – o qeyd edib.