“Amerika administrasiyası Rusiya və Ukrayna ilə münaqişənin həllinin müxtəlif variantlarını, o cümlədən Avropa qoşunlarının mümkün yerləşdirilməsini müzakirə edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts mətbuata müsahibəsində bildirib.
“Biz bütün bu məsələləri hər iki tərəflə müzakirə edirik, rusiyalı və ukraynalı həmkarlarımızla danışıqlar aparırıq. ABŞ prezidenti Donald Tramp baş müzakirəçi kimi bu müharibəyə son qoymaq niyyətindədir”, – o qeyd edib.