Xəbərlər

Ursula Fon der Leyen ABŞ-ın tariflərinə cavab tədbirləri elan etməyib

Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Leyen ABŞ-ın rüsumlarına cavab olaraq konkret tədbirlər elan etməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə AK məlumat yayıb.

Qeyd edilib ki, Leyen həmçinin ABŞ-ı Çinlə ticarət müharibəsində qüvvələri birləşdirməyə çağırıb.

“ABŞ prezidenti Donald Trampın qərarından dərin təəssüf hissi keçirirəm. Qlobal iqtisadiyyat böyük zərər görəcək, bunun nəticələri bütün ölkələr üçün fəlakətli olacaq və insanlara ağır zərbə vuracaq. Biz transatlantik ticarətdə ticarət maneələrini aradan qaldırmaq üçün danışıqlara çağırırıq. Lakin biz hərəkətə keçməyə hazırıq. AK polad tariflərinə cavab olaraq ilk tədbirlər paketini artıq tamamlayıb. Əgər danışıqlar uğursuz olarsa, biz maraqlarımızı və şirkətlərimizi qorumaq üçün əks tədbirlər planı hazırlayacağıq. Problemləri danışıqlar yolu ilə həll etmək heç vaxt gec deyil. Biz daim amerikalı həmkarlarımızla əlaqə saxlayırıq. Biz ticarət maneələrini artırmağa yox, azaltmağa çalışacağıq”, – o vurğulayıb.