“Çin və ABŞ ikitərəfli münasibətlərdə ümumi sabitliyə istiqamətlənmiş siyasi kursu davam etdirirlər”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi konfrans zamanı deyib.
“Çin və ABŞ San-Fransiskoda əldə edilmiş razılaşmalar əsasında Çin-Amerika münasibətlərinin ümumi sabitliyini təmin etmək kursunu həyata keçirməyə davam edirlər. Son bir ildə Çin və ABŞ narkotiklərlə mübarizə, iqlim dəyişikliyi kimi sahələrdə, eləcə də elmi-texniki sahədə praktiki əməkdaşlığı inkişaf etdirməyə davam ediblər”, – diplomat əlavə edib.