“ABŞ-ın əvvəlki lideri Co Bayden administrasiyası Ukrayna münaqişəsi ilə bağlı dəqiq strategiya hazırlamayıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Amerikanın vitse-prezidenti J.D.Vens deyib.
“Mən Bayden administrasiyasının son iki ilində ABŞ senatoru olmuşam. Və əgər siz Bayden administrasiyasının rəsmiləri ilə təkbətək danışsanız və onların planının nə olduğunu soruşsanız, onlar sizə vicdanla deyəcəklər ki, “biz onları mümkün qədər uzun müddət silahla təmin edəcəkdik və ümid edirdik ki, onlar döyüş meydanında bir dəyişiklik yarada biləcəklər”, – siyasətçi “Fox News”a bildirib.