Xəbərlər

Viktor Orban: İran hökumətinin süqutu Yaxın Şərqdə qeyri-sabitlik yaradacaq

“İranda mövcud hökumətin potensial süqutu təkcə ölkə daxilində deyil, bütün Yaxın Şərqdə qeyri-sabitliyə səbəb ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasına müsahibəsi zamanı söyləyib.

“İran hökuməti süqut etsə, bütün ölkə də çökə bilər və regionda geniş miqyasda destabilizasiya başlaya bilər”, – o bildirib.

Baş nazir həmçinin bəyan edib ki, nə Macarıstan, nə də başqa ölkə belə bir ssenari ilə maraqlanmalıdır, çünki bu, istər-istəməz qlobal bazarlarda neft və qazın qiymətinin kəskin şəkildə artmasına gətirib çıxaracaq.