Xəbərlər

Vitkoff: ABŞ Ukrayna ilə bağlı Avropa ölkələri ilə əlaqə saxlayır

“ABŞ Ukraynada nizamlanma məsələsində Böyük Britaniya, Norveç, Fransa, Finlandiya və digər Avropa ölkələri ilə əlaqə saxlayır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff deyib.

“Biz sülh olmasında maraqlı olan bütün Avropa ölkələri ilə müzakirələr aparırıq”, – o qeyd edib.