Serbiya prezidenti Aleksandar Vuçiç Serbiyanın NIS (Serbiyanın Neft Sənayesi) şirkətinə qarşı fevralın 27-də ABŞ-dan gözlənilən sanksiyaların 30 gün müddətinə təxirə salındığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Bizim NIS üçün əlavə 30 gün vaxtımız var və bu, Serbiya vətəndaşları üçün şad xəbərdir”, – o qeyd edib.