Xəbərlər

Vuçiç: Növbədənkənar parlament seçkilərinə hazıram

Serbiya prezidenti Aleksandr Vuçiç yaxın vaxtlarda Baş nazir Miloş Vuçeviçin istefasından sonra yeni hökumətin formalaşdırılması və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə prezident Nazirlər Kabinetinin növbədənkənar iclasının yekunlarına dair mətbuat konfransı zamanı bildirib.

“Vuçeviç istefa verib və indi prosedur belədir: birincisi, onun istefasını parlamentdə qeydə almaq lazımdır. Baş nazirin istefası rəsmən təsdiqləndikdən sonra 30 günlük müddət başlayacaq. Bu müddət ərzində, bütün qaydalara riayət etməklə yeni hökumət qurulmalıdır, əgər 30 gün ərzində hökumət seçilməzsə, avtomatik olaraq yeni seçkilər elan olunacaq. Ölkə prezidenti kimi hökumət başçısı vəzifəsinə namizədliyi mən müəyyənləşdirirəm. Mənim ağlımda üç-dörd namizəd var”, – prezident qeyd edib.