Xəbərlər

Vulin: Serbiya BMT-də Rusiya əleyhinə qətnaməyə verdiyi səsi geri götürüb

“Serbiya BMT Baş Assambleyasında Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamənin lehinə səs verməklə səhvə yol verib”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə deyib.

“BMT Baş Assambleyasında səsvermə zamanı baş vermiş səhv, bildiyiniz kimi düzəldilib. Bizim üçün səhvi etiraf etmək dostlarımızı incitməkdən qat-qat asandır”, – Vulin bildirib.