ABŞ səlahiyyətliləri qeyri-qanuni miqrantlardan xüsusi reyestrdə qeydiyyatdan keçmələrini tələb edəcək, əks halda onları cərimə və ya həbs gözləyir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
ABŞ administrasiyasının planlarına görə, yaşı 14 və daha yuxarı olan bütün qeyri-qanuni mühacirlərdən barmaq izlərini vermələri və ev ünvanlarını bildirmələri tələb olunacaq. Əgər bunu etməsələr, 5000 dollara qədər cərimə və ya altı aya qədər həbs oluna bilərlər.
Nəşr qeyd edir ki, əvvəllər şəxs ABŞ-da qeyri-qanuni yaşamağa görə saxlanıla və deportasiya edilə bilərdi, lakin bu, cinayət hesab edilmirdi.