“ABŞ prezidenti Donald Trampın administrasiyası Səhiyyə və İnsan Xidmətləri Departamentinin minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ağ Ev artıq icra sərəncamı hazırlayır, imzalanandan sonra Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri, Qida və Dərman Administrasiyası və ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinə tabe olan bir sıra digər qurumlar işçilərini ixtisar etməli olacaqlar.