“Çin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş keçirmək üşün ABŞ administrasiyasına təklif göndərib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
“Çin rəsmiləri nümayəndələr vasitəsilə Trampın komandasına Rusiya və ABŞ arasında sammit keçirməyi və Ukraynadakı münaqişənin həlli istiqamətində səyləri asanlaşdırmağı təklif ediblər. Bu təklifə Ukrayna prezidenti Volodimir Zelenskinin tədbirdə iştirakı daxil deyil”, – məlumatda bildirilib.