“İsrail İranın regional təsirinin zəifləməsindən istifadə etmək istəyir. Bu məqsədlə 2025-ci ildə İranın nüvə obyektlərinə böyük zərbələr endirməyi düşünür”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu barədə məlumat ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının son günlərində hazırlanmış analitik hesabatda yer alıb. Sənəddə İranın imkanlarının zəifləməsindən sonra bölgədə gələcək hərbi fəaliyyət riskləri vurğulanıb.