Xəbərlər

WSJ: Ukraynanın Rusiyaya qarşı dayanacaq qədər əsgəri yoxdur

“Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı azdır və bu, Rusiya Silahlı Qüvvələrinə qarşı aylarla davam edən gərgin döyüşlərdən sonra canlı qüvvə sayının tükənməsinə səbəb olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

“Cəbhəyə ezamiyyətlər 5 gündən çox olmayan müddətə nəzərdə tutulsa da, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları 10 gündən 15 günə qədər cəbhə xəttində qalmağa məcburdurlar. Üstəlik, Ukrayna ordusunun canlı qüvvəsi üçün nəzərdə tutulan dərman, qida və su tükənir. Eyni zamanda, yaralı ukraynalı əsgərlər çətin vəziyyətə düşürlər”, – məlumatda bildirilib.