Bu gün Abdulla Şaiq adına kitabxanada Xalq şairi Söhrab Tahirin 100 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbir “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti və “Dünya azərbaycanlıları” strateji araşdırmalar və təhlil mərkəzinin rəhbəri Tofiq Əli-zadənin başçılığı ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Yəmən Əmirova Söhrab Tahirin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə Şairin qızı Nəsibə xanım, şair, yazıçı, mühacir Əli Tudənin oğlu Natiq Cavadzadə və digər görkəmli şəxslər, ictimaiyyət nümayəndələri, şairin qələm dostları iştirak ediblər, ürək sözlərini səsləndiriblər.
“Biz mühacir övladlarıyıq. Söhrab Tahir də burada yaşadığı müddətdə öz doğub boya-başa çatdığı yurduna həsrətlə yaşadı. Amma çox az adama qismət olardı ki, bu qədər çətinliklərə rəğmən belə yüksəkliklərə qalxa bilsin. Mən fəxr edirəm ki, onu şəxsən tanımışam”, – Natiq Cavadzadə əlavə edib.
Qeyd edək ki, şairin həyatı ilə bağlı video materiallar da göstərilib.



