“İran ABŞ-ın istənilən təhdidlərinə qarşı cavab reaksiyası verməkdən çəkinməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xamenei deyib.
“Amerikalılar bizi hədələyir. Əgər onlar bu siyasətlərinə davam etsələr, biz də onları təhdid edəcək, ölkəmizin təhlükəsizliyinə qəsd edən hər şeyə çəkinmədən cavab verəcəyik”, – o qeyd edib.