Xəbərlər

Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı

İranın ali dini lideri ayətullah Əli Xamenei İranın İsraillə münaqişədə qələbə qazandığını deyib və bu münasibətlə İran xalqını təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Xameneinin bu barədə mətbuat xidməti paylaşım edib.

“İran İsrailə bərabər ABŞ-ı də məğlub edib. ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə oma görə girdi ki, Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı”, – Xamenei əlavə edib.