30-31 may tarixlərində Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departmamentinin təşkilatçılığı ilə bu il birincisi baş tutacaq Xəzər Universiteti Forumu 2025 “Rəqəmsal Əsrdə Suverenliyin Naviqasiyası” mövzusunda təşkil ediləcək.
“Füyuzat”ın məlumatına görə, forum Ankara Hacı Bayram Vəli Universiteti (İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi), İbn Haldun Universiteti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi, İstanbul Mədəniyyət Universiteti, Beynəlxalq münasibətlər kafedrasının tərəfdaşlığı ilə baş tutacaq.