Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisinə işləyəcək avtobusların hərəkət cədvəli açıqlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisinə qatılacaq ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə xüsusi avtobus marşrutunun hərəkət cədvəli müəyyənləşib.

“Füyuzat” xəbər verir ki, 21–27 oktyabr tarixlərində təşkil ediləcək sərgi müddətində nəqliyyat vasitələri “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə sərnişin daşıyacaq. Avtobuslar gün ərzində əsasən 20 dəqiqəlik intervalla fəaliyyət göstərəcək.

Qeyd edək ki, həm sərgiyə giriş, həm də təşkil olunan xüsusi avtobus xidməti ödənişsizdir. Bütün ziyarətçilər sərgi günləri boyunca bu xidmətdən sərbəst şəkildə istifadə edə bilərlər.