“Yaponiya hökuməti hələ də ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına qarşı tətbiq etdiyi rüsumları 50%-ə qaldırmaq qərarının təfərrüatlarını araşdırır, lakin ABŞ administrasiyasının tarif tədbirlərini təəssüflə qarşılayır”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi bildirib.
“Biz bu bəyanatdan xəbərdarıq. İlk növbədə, tədbirlərin konkret məzmununu izləyəcəyik. Təfərrüatlar sonradan aydın olacaq. İstənilən halda, biz ABŞ hökumətinin tarif tədbirləri silsiləsini son dərəcə təəssüf doğuran hal hesab edirik və onlara yenidən baxılmasını qətiyyətlə tələb edirik”, – Hayasi bildirib