“Tokionun Seulla münasibətləri Cənubi Koreyadakı daxili siyasi vəziyyətə baxmayaraq, “indiki strateji şəraitdə” son dərəcə vacibdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Cənubi Koreya prokurorluğunun Koreya Respublikasının keçmiş prezidenti Yun Sek Yeola qarşı fitnə törətməklə bağlı ittiham irəli sürməsinə münasibət bildirərkən deyib.
“Biz üçüncü ölkələrin daxili siyasətini şərh etməkdən çəkinəcəyik, lakin Yaponiya hökuməti Koreya Respublikasındakı vəziyyəti diqqətlə izləyir, Yaponiya və Cənubi Koreya arasındakı münasibətlərin əhəmiyyəti indiki strateji şəraitdə dəyişməz olaraq qalır”, – Hayaşi əlavə edib.