“Japan Airlines” (JAL) daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum səbəbindən bəzi reyslərin təxirə salındığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşların da mənfi təsirləndiyi qeyd edilib.
Bu çərçivədə problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün işlərin aparıldığı bildirilib.
Açıqlamada, kiberhücumun uçuşlara daha çox təsir göstərə biləcəyi, lakin təhlükənin olduğu güman edilən sistemin müvəqqəti olaraq bağlana biləcəyi bildirilib.