“Yaponiya hökuməti Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında iddia edilən hərbi əməkdaşlığa görə əlavə sanksiyalar tətbiq etməyi düşünür”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya deyib.
“Sanksiyalara gəlincə, Yaponiya Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıqla bağlı əlavə sanksiyaları nəzərdən keçirir. Tokio bunu ABŞ və digər ölkələrlə koordinasiyalı şəkildə edir. Sanksiya tədbirlərinin təfərrüatları hələ ki, hazırlanır”, – nazir əlavə edib.